Süleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
06 noyabr 2026 - 21:06 15
Azərbaycan millisinin üzvü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.
İdmançımız 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışının final mərhələsində mübarizə aparıb. Təmsilçimiz finişə 01:53.72 saniyəyə çataraq səkkizinci yeri tutub.
Bununla da Dakar-2026-nın üzgüçülük yarışlarına yekun vurulub. Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində bir qızıl medal var. Yeganə medalı komandamıza cüdoçu İbrahim Talıbov (-55 kq) qazandırıb.
Bənzər xəbərlər
Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
Azərbaycan komandasının üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da növbəti yarışına çıxıb.
Bayraqdarımız 200 ... Ətraflı