Dakar-2026: Baş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin çıxışlarını dəyərləndirib
04 noyabr 2026 - 00:31 18
Üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ruslan Hətəmxanov Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edən üzgüçülərimizin çıxışlarını dəyərləndirib.
Baş məşqçi Ruslan Hətəmxanov yarışlarda iştirak edən idmançılarımızın çıxışlarını və komandanın növbəti addımları ilə bağlı fikirlərini bölüşüb.
O, bildirib ki, artıq iki idmançımız öz məsafələrində yarışları tamamlayıblar:
“İlk olaraq, Məryəm Cavadova 100 metr məsafəyə sərbəst üsulla üzmədə mübarizə başlayıb. Əlindəki zədə səbəbindən öz potensialını tam nümayiş etdirə bilməsə də, nəticəsini yaxşılaşdırmaq üçün sonadək əzmkarlıq göstərib. Komandanın digər üzvü Süleyman İsmayılzadə isə bu gün 400 metr məsafəyə sərbəst üsulla üzmədə 8-ci yerə yüksəlib. İstənilən nəticə əldə olunmasa da, Süleyman mübarizəni davam etdirir. O, ayın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında yenidən qüvvəsini sınayacaq”.
Ruslan Hətəmxanov vurğulayıb ki, bu yarış idmançılarımız üçün böyük bir təcrübə rolunu oynayır.
Bənzər xəbərlər
Məryəm Cavadova: "Bütün çətinliklərə baxmayaraq, əlimdən gələni etdim və növbəti yarışlarda daha yüksək nəticələr göstərəcəyəm"
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ... Ətraflı
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı