Xəbərlər

Dakar-2026-da mədəni irs simvolu

05 noyabr 2026 - 12:08 43

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları mədəni irsin təbliği və yerli dəyərlərin Olimpiya Hərəkatına inteqrasiyası baxımından növbəti tarixi yeniliyə imza atır.

 

Olimpiya tarixində ilk dəfə olaraq yarışların bütün medal və mükafat altlıqları tamamilə Seneqalın yerli sənətkarları tərəfindən milli naxışlar, ənənəvi sənətkarlıq üsulları və yerli materiallar əsasında hazırlanıb. Medalların dizaynında Afrika palması və Dakar şəhərinin əsas simvollarından sayılan möhtəşəm Baobab ağacının motivləri həkk olunub.

 

Bu addım Seneqalın zəngin mədəniyyətini və yerli sənətkarların əl işini dünyaya tanıtmaqla yanaşı, Oyunların dayanıqlı irs fəlsəfəsini bir daha nümayiş etdirir.