Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
06 noyabr 2026 - 11:54 50
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
Oyunlarda ölkəmizi təmsil edəcək boks, taekvondo, atletika və qılıncoynatma idman növləri üzrə idmançılarımız bu gün yarışların keçirildiyi Dakar şəhərinə çatıblar.
Komandamızın heyətində taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, atletikada isə Daniil Şuvayev mübarizə aparacaqlar.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan ümumilikdə 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Hazırda yığmamızın aktivində cüdoçu İbrahim Talıbovun (-55 kq) qazandığı 1 qızıl medal var.
Bənzər xəbərlər
Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
Azərbaycan komandasının üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da növbəti yarışına çıxıb.
Bayraqdarımız 200 ... Ətraflı
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
Azərbaycan təmsilçiləri Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq ... Ətraflı