Məryəm Cavadova: "Bütün çətinliklərə baxmayaraq, əlimdən gələni etdim və növbəti yarışlarda daha yüksək nəticələr göstərəcəyəm"
04 noyabr 2026 - 00:02 22
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Məryəm Cavadova son yarışdakı çıxışı ilə bağlı açıqlama verib.
İdmançı yarış ərəfəsində ciddi zədə almasına baxmayaraq, mübarizəni dayandırmadığını və ölkəmizi layiqincə təmsil etmək üçün bütün qüvvəsini səfərbər etdiyini bildirib:
"Təəssüf ki, startdan qısa müddət əvvəl ciddi çiyin zədəsi aldım. Bütün bunlara baxmayaraq, yarışda iştirak etmək və sona qədər mübarizə aparmaq qərarına gəldim. Nəticə gözlədiyim kimi olmasa da, qarşılaşdığım çətinlikləri və zədəni nəzərə alaraq, bunu yaxşı təcrübə kimi qiymətləndirirəm."
Məryəm Cavadova gələcək planlarından və hədəflərindən danışarkən bərpa prosesinə diqqət ayıracağını və məşqlərinə yenidən tam gücü ilə davam edəcəyini vurğulayıb:
Qarşıda məni hələ çoxlu yarışlar gözləyir. Ümid edirəm ki, tezliklə tam sağalıb məşqlərimə qayıdacağam və növbəti turnirlərdə daha yüksək nəticələr göstərərək azarkeşlərimizi sevindirəcəyəm."
Bənzər xəbərlər
Dakar-2026: Baş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin çıxışlarını dəyərləndirib
Üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ruslan Hətəmxanov Seneqalın ... Ətraflı
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı