Xəbərlər

Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı

06 noyabr 2026 - 15:34 28

Azərbaycan komandasının üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da növbəti yarışına çıxıb. 

 

Bayraqdarımız 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edib. Komandamızın üzvü təsnifat mərhələsini 01.53.14 saniyə nəticə ilə tamamlayıb. İdmançımız bu nəticə ilə altıncı yeri tutaraq finala  vəsiqə qazanıb. 

 

Final mərhələsinə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.  

 

Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.