Şəhanə Hacıyeva Paralimpiya çempionu oldu
27 avqust 2021 3066
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoriya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxıb. Finalda Fransa təmsilçisi Sandrine Martineti üstələyən Ş.Hacıyeva Paralimpiya çempionu olub.
Daha əvvəl pauerliftinqçimiz Pərvin Məmmədov (49 kq) bürünc medala sahib olub. Tokio-2020-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edəcək. İdmançılarımızın 23-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Bənzər xəbərlər
Qaşım Maqomedov dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Uşi şəhərində keçirilən dünya çempionatında ... Ətraflı
Azərbaycanı İslamiadada təmsil edəcək stolüstü tennisçilər bəlli olub
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında ... Ətraflı