Kikboksinq üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilib
27 oktyabr 2025 - 14:14 17
Bakıda kikboksinq üzrə 29-cu Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.
Sərhədçi Olimpiya İdman Mərkəzində təşkil olunan yarışda 76 komandadan 400-ə yaxın idmançı mübarizə aparıb.
Yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev turnirin ən yaxşı məşqçisi seçilib.
Mütəxəssis açıqlamasında nəticədən çox razı qaldığını bildirib: “Nəticəyə görə çox xoşbəxtəm. Yarışda yaxşı çıxış etdik. Uşaqlar 8 qızıl, eyni sayda gümüş və 7 bürünc medal qazandılar. Mənə gəlincə, ən yaxşı məşqçi seçildiyimə görə sevincliyəm. 2023-cü ildə Türkiyədə keçirilən Avropa birinciliyində gənclərdən ibarət yığmanın məşqçisi idim. Həmin dövrdə də bu ada layiq görülmüşdüm. Gələn ay bizi Əbu-Dabidə böyüklər arasında dünya çempionatı gözləyir. Mundiala yaxşı hazırlaşacağıq. Yüksək nəticələr əldə etmək, bayrağımızı dalğalandırmaq istəyirik”.
Qeyd edək ki, komandalar arasında keçirilən yarışın nəticəsinə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyəti 1-ci, “Abşeron” kikboksinq klubu 2-ci, “Naxçıvan” kikboksinq klubu 3-cü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan komandası ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında iştirak edir
Oktyabrın 26-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə kişilər ... Ətraflı
Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının prezidium üzvü seçilib
Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni ... Ətraflı