Veteran idmançılarımız İspaniyadan 2 qızıl medalla qayıdırlar
28 oktyabr 2025 - 15:14 696
Oktyabrın 23-dən 26-na qədər İspaniyanın Alikante şəhərində veteranlar arasında ağırlıqqaldırma üzrə Aralıq dənizi ölkələrinin açıq çempionatı keçirilib.
Yarışda Azərbaycan iki idmançı ilə təmsil olunub. Ölkəmizi qitə və dünya miqyaslı yarışlarda uğurla təmsil edən veteran ağırlıqqaldıranımız Zülfüqar Süleymanov 71 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, birdənqaldırmada 103 kq, təkanla qaldırmada isə 123 kq çəkinin öhdəsindən uğurla gələrək, açıq çempionatın qızıl medalına yiyələnib. "Usta Ağır Atletlər" İctimai Birliyinin sədri, veteran ağırlıqqaldıranımız Natiq Ağayev isə 110 kq dərəcəsində yarışıb.
Birdənqaldırmada 81 kq, təkanla qaldırmada isə 85 kq nəticə göstərən Natiq Ağayev də fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı






