Çingiz Hüseynzadə: “Bu il I Avropa Oyunlarının 10 illik yubileyini qeyd edirik”
28 oktyabr 2025 - 15:01 586
“Bu il I Avropa Oyunlarının 10 illik yubileyidir. MOK bu yubiley münasibətilə xüsusi tədbir keçirdi. İyun ayında isə “Bakı 2015 – Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsini elan etdik”.
Olympic.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimindən sonra jurnalistlərə verdiyi müsahibəsində qeyd edib.
MOK rəsmisi bildirib ki, müsabiqəyə təkcə Bakıdan deyil, xarici ölkələrdən də iştirakçılar qatılıblar:
“Bu gün keçirilən tədbirdə beynəlxalq müsabiqənin qalibləri mükafatlandırıldı. Münsiflər heyətində İspaniya, Türkiyə və Azərbaycan nümayəndələri təmsil olunmuşdular. Qaliblər arasında həm ölkəmizin, həm də Türkiyənin nümayəndələri yer aldı. Avropa Oyunlarının qaliblərinin bir çoxu da bu tədbirdə iştirak edirdi. Ümumiyyətlə, biz Azərbaycanın istər idman tarixində, istərsə də siyasi həyatında vacib hadisə olan I Avropa Oyunlarının 10 illik yubileyini qeyd etdik", - deyə Çingiz Hüseynzadə bildirib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı