Xəbərlər

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

11 noyabr 2026 - 16:51 18

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Gülər Hüseynova növbəti qələbəsini qazanıb.

 

51 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız yarımfinal mərhələsində Kanada təmsilçisi ilə qarşılaşıb. Hər üç raundda üstün döyüş nümayiş etdirən Hüseynova rəqibini məğlub edərək adını finala yazdırıb.

 

Bu qələbə ilə Azərbaycan millisinin aktivinə ən azı gümüş medalı təmin edən boksçumuz noyabrın 12-də qızıl medal uğrunda həlledici döyüşə çıxacaq. Onun finaldakı rəqibi Venesuela təmsilçisi olacaq.