Xəbərlər

Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq

10 noyabr 2026 - 01:02 45

Seneqalın paytaxtı Dakar şəhərində keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında şose velosipedi üzrə yarışlar davam edir.

 

Şose velosipedçimiz Dakar-2026-da gücünü növbəti növ üzrə sınayacaq. 

 

Nihad Xudoyev fərdi ötüşmə növündə start xəttinə çıxacaq. Yarış Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

 

Nihad Xudoyev 76,5 km məsafə üzrə təşkil olunan qrup yarışında mübarizə aparıb. Gərgin keçən yürüşdə idmançımız finiş xəttini keçə bilməyərək mübarizəni vaxtından əvvəl başa çatdırıb.