Xəbərlər

Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq

10 noyabr 2026 - 23:58 21

Seneqalin paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir. 

 

Noyabrın 11-də Azərbaycan komandasının iki idmançısı Oyunlarda mübarizə aparacaq.

 

Təmsilçilərimizdən biri boks, digəri isə taekvondo yarışlarında qüvvəsini sınayacaq. Boks yarışlarında Gülər Hüseynova (51 kq) Bakı vaxtilə saat 16:15-də yarımfinal görüşünə çıxacaq. İdmançımız yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib. 

 

Digər təmsilçimiz Adil Kazımlı isə taekvondo yarışlarında mübarizəyə başlayacaq. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız Bakı vaxtı ilə saat 16:24-də dayanq üzərinə çıxacaq.  

 

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 4 (3 qızıl, 1 gümüş) medal var. Oyunlara noyabrın 13-də yekun vurulacaq.