Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
10 noyabr 2026 - 00:44 53
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının onuncu yarış gününə yekun vurulub.
Azərbaycan komandası ilk “onluğ”da yer alır. Ötən günlə müqayisədə 3 pillə geriləyən komandamız 3 qızıl, 1 gümüş medalla 10-cu pillədə qərarlaşır.
Medal siyahısının ilk üç pilləsində dəyişiklik olmayıb. Belə ki, siyahıya 13 qızıl, 7 gümüş və 3 bürünc medalla Çin Xalq Respublikasının komandası başçılıq edir. Yaponiya komandası 20 (9 qızıl, 6 gümüş, 5 bürünc) medalla ikinci, Rusiya millisi isə 6 qızıl, 4 gümüş medalla üçüncü pillədə yer alır. Aktivində 6 qızıl, 1 gümüş, 3 bürünc medal olan Misir komandası dördüncüdür. 4 qızıl, 1 gümüş medalla Kenya komandası ilk beşliyi tamamlayır.
Ümumilikdə 75 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 43-ü qızıl medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ... Ətraflı
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik ... Ətraflı