Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10 noyabr 2026 - 04:15 60
“Qələbəmin xüsusilə 8 Noyabr – Zəfər Gününə təsadüf etməsi bu uğurun mənəvi dəyərini daha da artırıb.”
Bu sözləri Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlarda qızıl medal qazanan Tunar Quliyev bildirib.
Təəssüratlarını bölüşən Yeniyetmələrin Olimpiya çempionu qələbəsini Azərbaycan xalqına, qəhrəman şəhidlərimizə və qazilərimizə həsr etdiyini bildirib:
"Yeniyetmələrin Olimpiya çempionu olduğum üçün çox sevincliyəm, Allaha həmd olsun! Qələbəmiz 8 Noyabr – Zəfər Gününə təsadüf etdi. Əsgərlərimiz, şəhidlərimiz və qazilərimiz torpaqlarımızı azad edərək bayrağımızı dalğalandırdılar. Biz də əlimizdən gələni etdik, bayrağımızı ucaltdıq və himnimizi səsləndirdik. Bu il mənim üçün çox çətin il oldu. Amma Allaha şükürlər olsun ki, əziyyətim yerdə qalmadı və Yeniyetmələrin Olimpiya çempionu oldum."
O, mübarizənin son saniyələrinə qədər inamını itirmədiyini vurğulayaraq deyib:
"Mən yarışa yalnız qələbə üçün çıxmışdım. Son saniyəyə qədər də mübarizə apardım və arzuladığım qələbəni qazandım."
Tunar Quliyev Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına və əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Bənzər xəbərlər
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının onuncu ... Ətraflı
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ... Ətraflı