Elgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
10 noyabr 2026 - 03:54 64
"Zəfər Günündə belə bir tarixi nəticə əldə etdiyim üçün çox sevinirəm"
Bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə qızıl mükafatçısı Elgün Kərimov Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində açıqlamasında deyib.
O qeyd edib ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanılan bu uğur onun üçün ən böyük nailiyyətlərdən sayılır.
"Seneqal sınağına qədər böyük hazırlıq prosesi keçmişdik. Zəfər Günündə medal qazanmağım isə ikiqat sevincə çevrildi. Xalqımızın Zəfər günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq. Bu hissləri sözlə ifadə etmək mümkün deyil", - deyə Elgün Kərimli vurğulayıb.
Məlumat üçün bildirək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda üç qızıl və bir gümüş medal var. Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Bənzər xəbərlər
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının onuncu ... Ətraflı
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ... Ətraflı