Azərbaycan idmançısı Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü
18 dekabr 2023 3469
 
                        Tanınmış karateçi, karatenin "Qara brilliant"ı Rafael Ağayev fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb.
Rafael Ağayev 2006-2016-cı illərdə fərdi karate (Kumite) üzrə 5 dəfə dünya çempionu olub.
Dünya şöhrətli idmançımız karate üzrə -70 (2006-2008-ci illər) və 75 (2010-2016-cı illər) kq-da iki və bir açıq çempionatda (2008) bir qızıl medal qazanıb. O, həmçinin iki gümüş və iki bürünc olmaqla ümumilikdə dünya çempionatının doqquz medalına sahib çıxıb.
Bənzər xəbərlər
 
                                    BOK Səudiyyədə keçiriləcək e-İdman Oyunlarını ləğv etdi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsi ... Ətraflı
 
                                    İslam Rəhimov Avropa çempionu olub
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.
İlk ... Ətraflı
