Avropa çempionu olan Azərbaycan ağırlıqqaldıranı yeni rekord müəyyənləşdirib
31 oktyabr 2025 - 18:25 524
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatının qalibi adını qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, 79 kiloqram çəki dərəcəsində mübarizə aparan R. Alməmmədov birdən qaldırma hərəkətində 151 kiloqram çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 189 kiloqram ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kiloqram nəticə göstərib. Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan idmançı toplamda Avropa çempionatının qalibi olub.
O, eyni zamanda, təkanla qaldırma hərəkətində və toplamda Avropa çempionatının rekordunu müəyyənləşdirib. Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi Azər Əlizadə təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı