Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə geri dönür
02 noyabr 2026 - 17:35 59
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının ilk qızıl medalını qazanan cüdoçumuz İbrahim Talıbov, yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və komandanın həkimi Şahin Məmmədov Vətənə qayıdırlar.
Cüdo idman növü üzrə komandamız 3 noyabr saat 2:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaqlar.
Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza ötən gün cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb.
Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ... Ətraflı