Dakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır
03 noyabr 2026 - 11:22 44
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
Bu gün Azərbaycan komandasının daha bir üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da mübarizəyə başlayacaq. Bayraqdarımız 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edəcək. Komandamızın üzvü Bakı vaxtı ilə saat 14:25-də yarışa qoşulacaq.
Süleyman İsmayılzadə noyabrın 6-da isə 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq. Üzgüçümüzün yarış proqramında yer alan 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışı isə suyun temperaturunun yüksək olması səbəbindən ləğv edilib.
Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
"Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdiyimiz üçün çox ... Ətraflı