Xəbərlər

Deflimpiyaçılarımız Avropa çempionatında 3 qızıl medal qazanıblar

02 noyabr 2026 - 12:48 37

Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar.

 

Bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

 

WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağayev (+18 yaş kateqoriyası, 60 kq, kumite) və Elmin Hüseynli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.