Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
02 noyabr 2026 - 14:26 55
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Məryəm Cavadova mübarizəyə başlayıb.
Bayraqdarımız 100 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.
Üzgüçümüz 5-ci qrupda 8 iştirakçı arasında üçüncü olub. O, məsafəni 1 dəqiqə 02,53 saniyəyə qət edib. Lakin bu nəticə idmançımızın finala vəsiqə qazanması üçün yetərli olmayıb. Yarışları 36-cı pillədə yekunlaşdıran idmançımız finala vəsiqə qazanan ilk “səkkizlik”dən kənarda qaldığı üçün mübarizəni dayandırıb.
Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza ötən gün cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb.
Bənzər xəbərlər
Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Deflimpiyaçılarımız Avropa çempionatında 3 qızıl medal qazanıblar
Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü ... Ətraflı