Dakar-2026: Çin medal sıralamasında liderdir
06 noyabr 2026 - 23:55 74
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yeddinci yarış gününə yekun vurulub.
Günü medalsız başa vuran Azərbaycan komandası hazırda medal siyahısının 25-ci pilləsində qərarlaşıb. Siyahıya isə 9 qızıl, 3 gümüş və 2 bürünc medalla Çin Xalq Respublikasının komandası liderlik edir. Yaponiya komandası 8 qızıl, 2 gümüş, 4 bürünc medalla ikinci, Rusiya millisi isə 4 qızıl, 2 gümüş medalla üçüncü pillədədir. Aktivində 4 qızıl, 1 bürünc medal olan Misir dördüncü, 2 qızıl və 3 gümüş medal qazanan Xorvatiya komandası isə beşinci pillədə yer alır.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb.
Noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın gənc idmançı mübarizə aparır. Azərbaycan komandası olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı ... Ətraflı
Bacı-qardaş Dünya çempionatında gümüş medal qazandı
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya ... Ətraflı