Dakar-2026: Çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız Seneqaldadır
04 noyabr 2026 - 14:46 35
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
Oyunlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibindəki çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız yarışların keçirildiyi Dakar şəhərinə çatıblar.
Dakar-2026-da ölkəmizi çimərlik güləşi idman növündə 4 idmançımız – Günel Kərimli (55 kq), Tunar Quliyev (70 kq), Nihad Süleymanlı (80 kq) və Elgün Kərimli (90 kq), şosse velosipedində isə Nihad Xudoyev təmsil edəcəklər.
Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza ötən gün cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb.
Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Məryəm Cavadova: "Bütün çətinliklərə baxmayaraq, əlimdən gələni etdim və növbəti yarışlarda daha yüksək nəticələr göstərəcəyəm"
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ... Ətraflı
Dakar-2026: Baş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin çıxışlarını dəyərləndirib
Üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ruslan Hətəmxanov Seneqalın ... Ətraflı