Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
10 mart 2024 707
Türkiyənin Antalya şəhərində keçirilən Yaşar Doğu & Vehbi Əmrə turnirinə yekun vurulub.
Ənənəvi yarışın son günündə sərbəst güləş üzrə daha 5 çəkidə qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça üzərinə çıxıblar.
Onlardan yalnız Ramiz Həsənov fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.
Bununla sərbəst güləşçilərimiz turniri 2 medalla başa vurublar. Ötən gün Musa Ağayev (65 kq) gümüş mükafata yiyələnib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı