Bakıda boks üzrə IBA Çempionlar Gecəsinə yekun vurulub
10 iyul 2026 - 23:35 3721
Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçirilib.
İlk dəfə “Sea Breeze Resort”da təşkil olunan yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutub.
Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunublar. 47,6 kiloqramda dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə bitib.
Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kiloqram) Səidcəmşid Cəfərov (72,6 kiloqram) müvafiq olaraq Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşıblar və döyüşdən qalib ayrılıblar.
Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya Kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kiloqram) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayıb. Bu qarşılaşmalar heç-heçə ilə nəticələnib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı