İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29 iyun 2026 - 13:26 3422
İyunun 29-dan iyulun 2-dək Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və İstanbul 2027 Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir.
İstanbul şəhərində keçirilən İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarında ölkəmizi Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edir.
Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək. Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı