Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, üçü bürünc medal qazanıb no
12 iyul 2026 - 00:22 3776
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.
Muhəmməd İsmayılov (57 kiloqram), Bəşir Verdiyev (65 kiloqram) və Fərhad Süleymanlı (97 kiloqram) isə 3-cü yeri tutublar.
Bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Camal Abbasov (61 kiloqram), Nurlan Ağazadə (74 kiloqram) və Yusif Dursunov (125 kiloqram) finalda, Məhəmməd Abbaszadə (86 kiloqram) və Hüseyn Məmmədtağızadə (92 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Dünya çempionatına bir gümüş və bir bürünc medalla start
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
İkinci ... Ətraflı
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının ... Ətraflı