Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
12 iyul 2026 - 18:19 23
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.
O, bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Ruslan daha əvvəl 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini qabaqlayıb. Təsnifat mərhələsində 583 xal toplayan Lunyov birinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı
Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, üçü bürünc medal qazanıb no
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən ... Ətraflı