Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12 noyabr 2026 - 00:08 74
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Adil Kazımlı Oyunların gümüş medalını qazanıb.
Yarışdan sonra təəssüratlarını bölüşən Adil Kazımlı təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb:
"Yarış çox mükəmməl təşkil olunmuşdu. Məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə gümüş medal nəsib oldu. Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.”
İdmançı turnir ərzində keçirdiyi ən çətin qarşılaşmanın Tunis təmsilçisinə qarşı olduğunu bildirib. 3 raund davam edən gərgin mübarizənin son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazandığını qeyd edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 12 Noyabr - ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 Noyabr - Konstitusiya ... Ətraflı