Zlatan İbrahimoviç Olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edib
06 fevral 2026 - 16:54 105
İtaliyanın "Milan" klubunun və İsveç millisinin keçmiş futbolçusu Zlatan İbrahimoviç Olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edib.
44 yaşlı keçmiş futbolçu Milanda Qış Olimpiya Oyunlarının məşəlini daşıyıb.
Olimpiada tarixində ilk dəfə iki Olimpiya məşəli alovlandırılır. Onlardan biri Milanda, şəhərin ikonik abidəsi olan Sülh Tağının yaxınlığında, digəri isə Kortina d'Ampetsoda, Piatsa Dibona meydanında yerləşir.
Oyunların açılış mərasimi bu gün “San Siro” stadionunda təşkil olunacaq və tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da Oyunlar rəsmən açıq elan olunacaq.
Bənzər xəbərlər
Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında ... Ətraflı
Azərbaycan beynəlxalq antidopinq siyasətinin formalaşmasına töhfə verməyə davam edir
Azərbaycan nümayəndə heyəti martın 3-dən 5-dək Fransanın Strasburq şəhərində keçirilən ... Ətraflı