Xəbərlər

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

10 oktyabr 2026 - 17:59 27

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib.

 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutan mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.

 

7-ci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüblər.

 

6-cı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.

 

Dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.