Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
10 oktyabr 2026 - 14:49 66
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
O, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.
U.Kokauri qızıl medal uğrunda yarışda İnal Tasoyevlə üz-üzə gələcək.
Kənan Nəsibov isə bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı
Dünya çempionatının fərdi yarışlarını 7 medalla başa vurduq!
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında gümüş medal ... Ətraflı