Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb
13 oktyabr 2026 - 22:45 98
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci tur oyunu başa çatıb.
Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 49-cu dəqiqədə Kahim Parris və 88-ci dəqiqədə Coy-Lens Mikels vurub.
Bununla da “bayquşlar” Liqa mərhələsində ilk tarixi qələbəsini qazanıb.
Komanda ilk matçda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sabah” növbəti turda bu arenada Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq.
Bənzər xəbərlər
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
Gürcüstanın Mtsxeta şəhərində təşkil olunan kayak və kanoe üzrə beynəlxalq ... Ətraflı
Azərbaycan güləşçisi Elmir Əliyev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan güləşçisi Elmir Əliyev ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya ... Ətraflı