Azərbaycan boksçusu U-17 Avropa çempionu olub
11 oktyabr 2026 - 21:31 231
Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.
Bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kiloqram) qalxıb.
O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.
Beləliklə, milli komanda U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub.
İstamovdan öncə Cəmilə Muradlı (57 kiloqram) qızıl, Həsrət Məmmədov (46 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Səma Abbasova (66 kiloqram) gümüş, Qardaş Rəhimov (54 kiloqram), Hidayət Məmmədov (70 kiloqram) və Xumar Cəfərli (+80 kiloqram) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.
Bənzər xəbərlər
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış ... Ətraflı
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
Bu gün Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya ... Ətraflı