Zemfira Meftaxetdinova: "Əkdiyimiz ağaclar gələcək nəsillərə miras olaraq qalacaq"
04 mart 2025 559
"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur".
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyası zamanı açıqlamasında deyib.
Olimpiya çempionu ağacəkmə aksiyasında böyük həvəslə iştirak etdiyini qeyd edib.
"Azərbaycan idmanı böyük uğurları ilə hər zaman diqqət mərkəzində olub. Ölkəmiz böyük idman tədbirlərinə ev sahibliyi edib. Olimpiya Oyunları kimi nəhəng idman yarışında mükafatçılar sırasında yer almışıq. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən idmana göstərilən qayğının təzahürüdür. Bu gün belə bir möhtəşəm yerdə - "Hərbi Qənimətlər Parkı"nda bir araya gəlmişik. Milli Olimpiya Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında böyük həvəslə iştirak etdik. Əkdiyimiz ağaclar gələcək nəsillərə miras olaraq qalacaq ", - deyə Zemfira Meftaxetdinova bildirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
