Zemfira Meftaxetdinova: "Çalışacağıq ki, veteranlarla bağlı turnirlər mütəmadi şəkildə təşkil olunsun”
08 may 2026 - 18:42 46
“Veteranların idmanla bağlılığını daim diqqətdə saxlamalıyıq”.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin prezidenti Zemfira Meftaxetdinova müsahibəsində deyib.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman veteranları arasında minifutbol turniri yüksək maraqla qarşılanıb.
“Turnirdə 6 komanda iştirak edirdi. Son gündə həm üçüncü yer uğrunda qarşılaşma, həm də final oyunu keçirildi. Maraqlı və gərgin mübarizə şəraitində keçən final görüşündə “Qarabağ” Azərbaycan komandasının veteranlarına qalib gələrək turnirin qalibi oldu. Üçüncü yer uğrunda oyunda isə “Neftçi” “Dinamo”nu məğlub edərək bürünc medallara sahib çıxdı. Qaliblərin hər birini təbrik edirəm. Bu turnir veteran futbolçuların idmanda fəallığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Veteranlar uzun illər Azərbaycan idmanını layiqincə təmsil ediblər və gənc nəsil onların zəngin təcrübəsindən faydalanmalıdır. Fikrimcə, veteranların idman həyatı daim diqqət mərkəzində olmalıdır. Belə yarışlar onların bir araya gəlməsinə, idman mühitində aktiv qalmasına və sağlam həyat tərzini davam etdirməsinə şərait yaradır. Çalışacağıq ki, veteranlarla bağlı layihə və turnirlər gələcəkdə də mütəmadi şəkildə təşkil olunsun”, - deyə Zemfira Meftaxetdinova bildirib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında faşizm ... Ətraflı
Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb
Mayın 8-də Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan ... Ətraflı