Zemfira Meftaxetdinova: "Biz idmançılar üçün təqvimdə daha bir əlamətdar tarix yer alıb"
05 mart 2026 - 16:45 243
Ölkəmizdə idman öz populyarlığını hələ də qoruyub saxlamaqdadır.
Bu sözləri verdiyi qısa müsahibədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova deyib.
Stend atıcılığı üzrə Sidney-2000 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı idmanın inkişafında birlikdə fəaliyyətin səmərə verə biləcəyini qeyd edib:
"İdman elə bir sahədir ki, onun fəaliyyəti daim hərəkətdədir. Biz idman rəsmiləri ictimaiyyətlə sıx əlaqədə olub, onlara nümunə olmalı və idmana həvəsləndirməliyik. Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər təyin olunduqdan sonra idmanda böyük müsbət dəyişikliklər baş verdi. Uğurlarımız artdı, idman daha da populyarlıq qazandı. Mən həmin ərəfələrdə yüksək nailiyyət əldə edən idmançılardan biri sayılıram. Bununla fəxr edirəm".
Zemfira Meftaxetdinova Azərbaycanda 5 mart Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən danışıb.
"Artıq 21 ildir ki bu hər ilin 5 mart tarixi ölkəmizdə təntənə ilə qeyd olunur. Biz idmançılar üçün təqvimdə daha bir əlamətdar tarix yer alıb. Fürsətdən istifadə edərək idmanın inkişafı və təbliği üçün bacarığını əsirgəməyən hər kəsi təbrik edirəm".
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı