Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi
06 may 2024 820
“Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi. Çünki Azərbaycan idman ölkəsi kimi öz adından söz etdirməyi bacarıb”.
Bu sözləri Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakı şəhərinin 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçilməsi barədə danışarkən deyib.
O, Azərbaycanın paytaxtının mötəbər ada layiq görüldüyünə görə xoşbəxt olduğunu bildirib: “Ölkəmiz Avropa Oyunları, dünya çempionatları kimi mühüm yarışlara ev sahibliyi edib. Qazandığımız nəticələr də möhtəşəmdir. Azərbaycan xalqını gözəl xəbər münasibətilə təbrik edirəm. 2026-cı il bütün idmançılarımız üçün düşərli olsun”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı