Zelim Kotsoyev: «Bütün Azərbaycan məndən bu qalibiyyəti gözləyirdi»
01 avqust 2024 454
Paris Yay Olimpiya Oyunlarında ölkəmizə 100 kq çəki dərəcəsində qızıl medal qazandıran cüdoçumuz Zelim Kotsoyev qələbə sevincini bölüşüb. Paris-2024-ün qızıl mükafatçısı bildirib ki, bu onun idmançı karyesında böyük ən böyük nailiyyət kimi qalacaq.
«Çox gözəl bir hisslər keçirirəm. Avropa və dünya çempionluğundan sonra növbə Olimpiya qızılını qazanmaq idi. Həmin yarışlarda əldə etdiyim nailiyyətlər məni daha da ruhlandırmışdı. Sevinirəm ki, Hidayət Heydərovdan sonra növbəti dəfə Azərbaycan bayrarğını Fransa dalğlandırmaq öz növbəmdə mənə nəsib oldu. Ən böyük təbriki isə Ölkə başçısı cənab İlham Əliyevdən aldım. Mən onu da başa düşürəm ki, bütün Azərbaycan məndən bu qalibiyyəti gözləyirdi. Əgər onları sevindirə bildimsə, onlara qələbə həyəcanı yaşada bildimsə, buna görə də özümü çox xoşbəxt hesab edirəm. Fürsətdən istifadə edib, bu arenada məni dəstəkləyənlərə də öz təşükkürümü bildirirəm», - deyə Zelim Kotsoyev qeyd edib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı













