Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı istifadəyə verilib
19 dekabr 2025 - 11:30 575
Zabrat qəsəbəsində Azərbaycanın tanınmış güləşçisi Taleh Məmmədovun adına yunan-Roma güləşi zalının açılış mərasimi keçirilib.
Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və digər rəsmilər iştirak ediblər.
Təqdimatdan sonra zalın açılışı həyata keçirilib. Lenti Çingiz Hüseynzadə, Fərid Qayıbov və Taleh Məmmədov kəsiblər.
Daha sonra qonaqlar zalla tanış olublar. T.Məmmədov zaldakı avadanlıqlar, güləşin sirlərinə yiyələnən uşaqlar və digər məsələlər haqqında məlumat verib, qarşıdakı planları açıqlayıb. Daha sonra yeniyetmə və azyaşlı güləşçilərin məşq prosesi nümayiş etdirilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
.jpeg)

.jpeg)








