Yunan-Roma güləşi üzrə milli komandamız ardıcıl ikinci dəfə dünya çempionu oldu
30 oktyabr 2024 111
Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz möhtəşəm çıxış edərək Azərbaycan güləş tarixində yeni səhifə açıb.
Üç qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.
Xatırladaq ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. DÇ-də debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial media hesablarında 9 ... Ətraflı