Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub
03 iyul 2025 - 11:20 614
İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, millimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 129 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.
Yığmamız çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə millimiz öndə yer alıb.
Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Davud Məmmədov (77 kiloqram) gümüş, Fəraim Mustafayevlə (67 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı