Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə Azərbaycan Kuboku başa çatıb
10 aprel 2025 331
Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən yeniyetmə və gənclər arasında idman dırmanması üzrə ölkə kuboku başa çatıb.
Çətinlik növü üzrə gerçəkləşən turnirdə müxtəlif yaş qrupundan ibarət idmançılar fərqli kateqoriyalarda mübarizə aparıblar.
Yeniyetmələr kateqoriyasında Rəsul Nəsir və Sofiya Boriskina qalib olublar. Murad İbrahimli ilə Həvva Yambulatova ikinci, Nərgiz Əsədova ilə Anatoli Meniailov isə üçüncü yeri tutublar.
Gənclərin yarışında Nazim Yusifzadə və Aliyə İbrahimbəyova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərhad Babayev, Səlimə Əliyeva ikinci, Cavid Yusubzadə və Xədicə Yambulatova isə üçüncü nəticə göstəriblər.
Yarışın sonunda qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Kubokunun keçirilməsində məqsəd gənc idmançıların idman dırmanması sahəsində bacarıqlarının inkişaf etdirilməsi və bu sahəyə maraqlarının artırılmasıdır.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı