Xəbərlər

Yeniyetmə cüdoçular Teplis Avropa Kubokunda iştirak edəcək

06 aprel 2023 480

Avropa Cüdo Birliyinin təqviminə görə 8-9 apreldə Çexiyanın Teplis şəhərində yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. 

Turnirdə 39 ölkədən 948 idmançı iştirak edəcək. Azərbaycan yarışda 14 çəki dərəsində 20 oğlan və 8 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

İdmançılarımız 10-11 aprel tarixlərində Teplisdə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Qızlar

-40 kq. 
Xədicə Abdullayeva 

-44 kq. 
Məryəm Bayramzadə 

-48 kq. 
Vüsalə Hacıyeva 
Fəridə Mirzəyeva 

-52 kq. 
Xədicə Qədəşova 
Aytən Verdiyeva 

-57 kq. 
Fidan Qasımova 

-63 kq. 
Kamilla Toholiyeva

Oğlanlar

-50 kq. 
Rəsul Əliyev 

-55 kq. 
Mirxaliq İskəndərov 
Fərid Qarayev 
Həsən Həsənli 
Ayxan Mirzəzadə 

-60 kq. 
Xanəhməd Şərifov 
Məhəmməd Musayev 

-66 kq. 
Murad Allahverdiyev 
Mehdi Cəfərov 
Səid Şərifov 
Emil Hüseynzadə 
Əbil Yusubov

-73 kq. 
Süleyman Şükürov 
Mehdi Abbasov 
Allahverdi Səmədov

-81 kq. 
Aslan Kotsoyev 
Əli Qazıməmmədov 
Hüseyn Eyvazlı

-90 kq. 
Tuncay Şamil 

+90 kq. 
Ramazan Əhmədov