Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
09 may 2024 1085
Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub.
Finalda “Günəşli” və “Aşağı Güzdək” komandaları üz-üzə gəliblər. Bakı Tennis Akademiyasında keçirilən matç birincilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Günəşli” komandası Bakının kənd və qəsəbələri arasında keçirilən ll minifutbol turnirinin qalibi olub.
Üçüncü yer uğrunda isə “Biləcəri” və “Mərdəkan” komandaları qarşılaşıblar. Əsas vaxt 4:4 hesablı heç-heçə ilə yekunlaşdığına görə penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Mərdəkan təmsilçisi (3:1) bürünc medallara sahib çıxıb.
Medalçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev, veteran futbolçu və idman səfiri İlqar Qurbanov və Azərbaycan Tennis Federasiyanın vitse-prezidenti Mehman Qocayev təqdim ediblər.
Qeyd edək ki, 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandalarının mübarizə apardıqları yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı