Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
09 may 2024 1011
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinə start veriləcək.
İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.
Klassiklərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) də xalça üzərinə çıxacaq.
Mübarizəyə təsnifat mərhələsindən başlayan Murad Məmmədov (60 kq) ilk görüşdə latviyali Aleksandrs Yurkyansla qarşılaşacaq.
Yarışa təsnifat mərhələsindən start verəcək digər güləşçimiz Rafiq Hüseynovun (87 kq) isəilk rəqibi İlyas Paqkalidis (Yunanıstan) olacaq.
97 kq çəki dərəcəsində xalça üzərinə çıxacaq Murad Əhmədiyev təsnifat mərhələsinin ilk görüşündə Riçard Karelsonla (Estoniya) qarşılaşacaq.
Bu mərhələdə mübarizə aparacaq digər pəhləvanımız Sabah Şəriəti isə 130 kq çəki dərəcəsində ilk görüşünü yunanıstanlı Nikolaos Ntunyasa qarşı keçirəcək.
Qeyd edək ki, hər çəkidə üç idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək. Turnir mayın 12-də yekun vurulacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı