Yeniyetmə boksçularımız beynəlxalq turnirdə mübarizəyə başlayırlar
17 sentyabr 2024 1345
Azərbaycanın yeniyetmə boksçuları bu gün Belarusun Jabinka şəhərində start götürəcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 4 gün davam edəcək yarışda milli komandanın 8 idmançısı rinqə çıxacaq.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kq), Nihat Qasımov (50 kq), İmran Axundov (52 kq), Əflatun İsmiyev (54 kq), Sübhan Babayev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcək.
Komanda Bakıya sentyabrın 21-də qayıdacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı