Yeni istifadəyə verilmiş parkda əyləncəli Novruz şənliyi keçirilib
19 mart 2025 693
Martın 18-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nərimanov rayonu ərazisində yeni istifadəyə verilmiş parkda əyləncəli Novruz şənliyi keçirib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub.
İdmançılar alpinizm, ağırlıqqaldırma, basketbol, badminton, boks, cüdo, bədii gimnastika, idman gimnastikası, güləş, kapoeyra, karate, kanoe və avarçəkmə, qılıncoynatma, zorxana, mas-reslinq, milli güləş, şahmat, taekvondo, velosiped idman növləri üzrə öz bacarıqlarını göstəriblər. Tədbirdə səyyar "Sağlam həyat" layihəsi təşkil olunub. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Bununla yanaşı, iştirakçılar nazirlik tərəfindən təşkil edilən yoqa təlimində də fəal iştirak edərək mütəxəssislərin rəhbərliyi ilə yoqa hərəkətlərini yerinə yetiriblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı






