Yelkənli qayıq üzrə “Sailing Point Easter Regatta 2026” yarışları başa çatıb
06 aprel 2026 - 15:17 479
Sloveniyanın Portoroj şəhərində təşkil edilmiş yelkənli qayıq idman növü üzrə “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışına yekun vurulub. Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) idmançıları da reqatada təmsil olunub.
Komandamızın üzvlərindən Kamal Bəşirli “Qızıl” qrupda özünün yaş kateqoriyasında uğurlu nəticə əldə edib. Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə “Gümüş” qrupda, Amira Bayramova “Bürünc” qrupda, Amin Cəlilzadə isə “Zümrüd” qrupda mübarizə aparıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı